Xəstəxanada 41 adam olub, onlardan yalnız 3 nəfər klinikanı tərk edə bilib
Moskvanın Dmitrov rayonunun Ramenye qəsəbəsində yanğın baş vermiş psixonevroloji klinikanın bütün pəncərələri dəmir barmaqlıqlarla qapadılmış olub. Ölənlərin əksəriyyəti öz yataqlarında aşkar olunub.
Psixonevroloji klinikada baş vermiş yanğın nəticəsində cəmi 3 nəfər xilas olub – tibb bacısı yanan binadan 2 nəfər xəstəni çıxara bilib. Bu barədə jurnalistlərə Rusiya səhiyyə nazirliyinin mətbuat katibi Oleq Salaqay deyib.
“İlkin məlumata görə, yanğın baş verən zaman binada 41 nəfər olub. Üç nəfər xilas olub: tibb bacısı binadan 2 nəfər xəstəni çıxarmağa macal tapa bilib”, deyə Oleq Salaqay deyib. (APA)


