
İran prezidentliyinə namizəd olmağa hazırlaşan doktor Əmirəhmədi İslam Respublikasında kardinal dəyişikliklərlə bağlı planlarından danışıb. İsrail mətbuatına açıqlamasında o namizədliyini qeyd alınmasında problemlərlə üzləşə biləcəyini deyib. Əmirəhmədin sözlərinə görə, namizədləri qeydə alan komissiya xarici görünüşə, o cümlədən saqalla fikir verir.
Planlarına gəldikdə, İsraili məhv etməyə çağıran Əhmədinejaddan fərqli olaraq Əmirəhməd İranla İsrail arasında gərginliyin aradan qaldırılmasının tərəfdarıdır. O həmçinin Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir, «Hizbullah» və «Həmas»ı pisləyir. Bütövlükdə Əmirəhmədin seçkiqabağı proqramı ABŞ-laa yaxınlaşmağa yönəlib. Əmirəhmədi İran iqtisadiyyatını dağıdan sanksiyaların aradan götürülməsi üçün güzəştlərə getməyi vacib sayır.
O həmçinin bildirib ki, seçkilərdə qəbəbə çalacağı təqdirdə İranın dini rəhbərliyi də mövqeyini dəyişəcək: «Mənim qələbəm bütün İslam Resbulikası rejimində kardinal dəyişikliklərə gətirib çıxaracaq».
azadliq.info


