İTV-də istefalar

“Media forum” saytı xəbər verir ki, aprelin 25-də İctimai Televiziya Radio Yayımları Şirkətinin bir qrup məsul əməkdaşı öz ərizələrinə əsasən işdən azad olunub. İşdən azad olunanlar bu şəxslərdir:

Çingiz Aslanov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavini;

Elman Qədirov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini;

Rafiq Nəbiyev – İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru;

İham Sərxanlı – İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru.

Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. Bu postu Cəmil Quliyev tutub. Həmin günədək o, “Mədəniyyət” kanalının direktoru olub.

2005-ci ildə yaradılmış İctimai Televiziya Radio Yayımları Şirkətinin bundan əvvəlki baş direktoru İsmayıl Ömərov idi.