Daha 2 əsgər ölümü

Azərbaycan Ordusunun əsgəri qətlə yetirilib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakıda yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 18 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K.Məmmədov aldığı xəsarətdən vəfat edib. Hadisənin motivi məlum deyil.
K. Məmmədov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Respublika Hərbi Prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən əsgər Xəyyam Bayramov saxlanılıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Yanvarın 25-də daha bir əsgər dünyasını dəyişib. Bu, 10 gün əvvəl hərbi hissələrdən birində baş verən partlayışda yaralanan əsgərlərdən biri Natiq Musazadədir.
APA-nın məlumatına görə, aprelin 15-də ağır yanıq xəsarəti ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına yerləşdirilən əsgər N.Musazadə həkimlərin səyinə baxmayaraq, aprelin 25-də vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Hadisə aprelin 14-də Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəndə baş verib. Hərbi hissənin qazanxanasında baş verən partlayış zamanı hərbi hissənin əsgərləri, Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış Natiq Musazadə və Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılmışXaliq Bayramov yanıq xəsarətləri ilə hospitala yerləşdiriliblər.
2013-сü ildə Azərbaycan ordusu 31 nəfər itki verib. Onlardan 5-i döyüş, 26-ı isə qeyri-döyüş şəraitində həlak olub.
Cari ildə 34 nəfər yaralanıb və ya xəsarət alıb.