Ermənilərin məşhur kriminal avtoriteti öldü

Ermənistanda cinayət aləminin məşhur simalarından olan “Xoy” ləqəbli kriminal avtoritet Rafik Xoetsyan ölüb.

R.Xoetsyan 77 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Dəfələrlə məhkum olunmuş avtoritet son illər öz işlərini oğlu Rafaelə təhvil veribmiş. Rafael də “qanuni oğru” tituluna malikdir.

Aprelin 25-də R.Xoetsyanın dəfn mərasimi keçiriləcək.