İsrail parlamenti “erməni soyqrımı”nı tanımağa qərar verdi

«Tel-Əviv həm Türkiyə, həm də Azərbaycanla münasibətlərə xələl gətirəcək»

İsrail parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməyə hazırlaşır. Türkiyənin NTV telekanalının məlumatına görə, aprelin 23-də Israil Knesseti millət vəkili Zehava Gal-Onun təşəbbüsü ilə “erməni soyqırımı” məsələsini müzakirə edib. Zehava Gal-On Israil və Türkiyə arasında münasibətlərin yaxşılaşması səylərinə baxmayaraq, Knessetin “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməsinin vacib olduğunu söyləyib.
Knessetin sabiq sədri Reuven Rivilin də Israil və Türkiyə arasındakı strateji əlaqələrin parlamentin “erməni soyqırımı”nı tanımasına əngəl olmadığını bildirib. Parlamentin iclasında “erməni soyqırımı” ilə bağlı bir qanun layihəsi hazırlanmalı barədə təklif qəbul edilib. Qanun layihəsinin hazırlanması Knessetin bir komitəsinə həvalə edilib(Lent.az).
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun sözlərinə görə, Israil parlamenti – Knesset “erməni soyqırımı” ilə bağlı sənəd qəbul edərsə, Tel-Əviv bununla həm Türkiyə, həm də Azərbaycanla münasibətlərə xələl gətirəcək: “Israil-Türkiyə münasibətləri indi-indi normallaşarkən Tel-Əvivin belə bir addım atması ona yaxşı heç nə vəd etmir. Tel-Əvivin ”erməni soyqırımını” tanımasından itkisi qazancından dəfələrlə çoxdur. Qazancı nəzəri cəhətdən Ermənistan və erməni lobbisi ilə sıx münasibətlərin qurulmasıdır. Ancaq Israilin buna nə dərəcədə ehtiyacı var? Itkisi isə qeyd etdiyimi kimi, Türkiyə ilə strateji tərəfdaşlıqdan məhrum olması, Azərbaycanla münasibətlərə kölgə salmaqdır. Əgər Israil parlamenti “erməni soyqrımını” tanısa, Tel-Əvivdən Xocalı soyqırımının tanınması da tələb olunacaq. Israil isə ancaq yəhudi soyqırımını tanıyır.ÿBütün bunları nəzərə alaraq, Israil parlamentinin yanlış addım atmayacağını proqnozlaşdırıram. Israil hökuməti də parlamentə belə bir yanlış addım atmağa imkan verməz”.

Gültəkin