AXCP üzvü Dəyanət Babayevin məhkəməsinin vaxtı müəyyən edilib. Bu barədə AXCP üzvünün özü məlumat verib. Onun dediyinə görə, Nəsimi məhkəməsindən aldığı bildirişdə məhkəmənin aprelin 25-də saat 09:30 da olması bildirilib. ” Həmin gün ilk hazırlıq iclası olacaq. Hakim Xumar Mərdanova, dövlət ittihamçısı isə Rauf Əsgərov olacaq. Mənim isə hüquqlarımı vəkilim Əsabəli Mustafayev müdafiə edəcək. Məhkəmənin düzgün aparılıb-aparılmayacağına gəlincə, bu barədə söz demək hələlik çətindir. Bu məhkəmənin gedişatından aslı olacaq”.Xatırladaq ki , Dəyanət Babayev ötən ilin noyabrın 7-də vətəndaş Səlimov Tofiq Fuad oğluna fiziki təzyiq göstərməkdə ittiham olunur. Nəsimi rayon polis idarəsində ona Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə cinayət işi açılıb. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları isə bu ittihamları qondarma sayırlar. (avropa.info)
AXCP üzvünün məhkəməsi başlayır
•