Misir Mərdanov üçün vəzifə boşaldıldı

m merdanovƏhliman Əmiraslanov AMEA-nın akademik katibliyindən niyə istefa verib?

Keçmiş təhsil naziri Misir Mərdanovun tutacağı yeni vəzifə barədə ilginc məlumat almışıq. Xatırladaq ki, yeni vəzifəyə gedəcəyini Mərdanovun özü bugünlərdə verdiyi açıqlamada təsdiqləmişdi.
“Azadliq.info”ya daxil olan məlumata görə, keçmiş təhsil naziri Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru olacaq. Məlumatı verən mənbə bildiri ki, həmin vəzifə artıq M.Mərdanov üçün “boşaldılıb” da. Belə ki, aprelin 22-də institutun direktoru Akif Hacıyevdən istefa ərizəsi alınıb.
Bununla yanaşı, məlumatda AMEA-nın prezidenti vəzifəsinə seçki ilə bağlı da məqam yer alır. Bildirilir ki, böyük ehtimalla AMEA-nın prezidenti Akif Əlizadə olacaq və bu “reallığı” Akademiyada əvvəldən hamı bilib. Bununla belə, bugünlərə qədər həmin vəzifəyə iddia edənlərdən biri də Tibb Universitetinin rektoru, AMEA-nın akademik katibi Əhliman Əmiraslanov olub. Lakin o, iddiasına “lazımi instansiyalardan” dəstək ala bilməyib. Buna görə də sonda iddiasından geri çəkilib və üstəlik, tutuduğu akademik katib vəzifəsindən də istefa verib.