Qadın niyə fahişə olur?

Dövrümüzün müdrik və şanlı sözçüsünə çevrilmiş Siyavuş Novruzov fahişəliyi leqallaşdırmaq təklif ilə qədim peşə mövzusunu yenidən aktuallaşdırdı. Amma bir Azərbaycan reallığı da var: Siyavuş Novruzov kimiləri ən gözəl təkliflərlə çıxış etsələr belə, bunun arxasında xoş niyyətin olduğuna kimsə inanmır, o ki qala, istənilən cəmiyyətdə mübahisə yarada biləcək “fahişəliyi leqallaşdırmaq” kimi bir təklif…
Baxın, YAP-çı deputat məhz cəmiyyətin modernləşməsi naminə belə təklif etdiyini söyləyib. Saxtakarlığın son həddidir. Bunu o adam deyir ki, özü modern ölkə olmağın bütün təməl prinsiplərinin məhv edilməsində iştirakçıdır. Azərbaycanın feodal üsulları ilə idarə edilməsi, saxta seçkilər, sülalə hakimiyyətinin qurulması, sərvətlərimizin yağı malı kimi talan edilməsi, korrupsiyanın görünməmiş həddə çatması nəticəsində cəmiyyətimizdə istənilən növ quruluşa, istənilən tarixi dövrə utanc sayılacaq ayrı-seçkilik, ədalətsizlik, səfalət hökm sürür.
Təklifə qarşı çox sərt çıxış edənləri də izlədik. Ilk baxışdan, belə bir təklifə qarşı çıxmaqda qəribəlik də yoxdur, hətta bir çox Avropa ölkələrində bu cür qərarın verilməsi mümkün olmayıb. Amma, deyəsən, Siyavuş Novruzov kimi, bu məsələdə onun sərt əleyhdarları olanlar da problemdən o qədər məlumatlı deyillər. Bu, onların fahişəliyi leqallaşdırılmağı modernləşmə, bir Avropa işi, müsəlmanlığa yad bir hal və yaxud əxlaqsızlığa yol açmaq cəhdi kimi qələmə vermələrindən görünür.
Dünyanın böyük əksəriyyətində, o cümlədən ABŞ-ın əksər ştatlarında fahişəlik qadağan olunub. Isveç bütün dünyada fahişəliyə qarşı ən sərt qanunvericiliyə sahibdir. Müsəlman ölkəsi olan Türkiyə isə fahişəliyi leqallaşdırıb. Amma kimsə də bunu Isveçin namuslu, Türkiyənin əxlaqsız ölkə olduğuna yozmur. Əksinə, leqallaşdırmaya Türkiyənin qarşısıalınmaz bir problemi nəzarətə götürmək və onu daha ziyansız şəkildə tənzimləmək niyyəti kimi baxırlar. Yanaşmalar fərqlidir, amma bu addımı atan ölkələrin də öz real söykənəcəkləri var, ən başlıcası odur ki, qarşı çıxanların dediklərinin əksinə olaraq, heç bir ciddi fəsadla üzləşməyiblər. Heç kim də “əxlaq əldən getdi!” deyə haray qoparmır!
Bəzilərini başa düşürəm, sadəcə bu fikri təsəvvür və qəbul edə bilmirlər – ənənədən, dini baxışlardan, mental düşüncədən. Amma “qoymayın, əxlaq əldən gedəcək” deyə həşir qoparanların dəlil və ovqatlarına baxdıqda onların bəziləri də Siyavuş Novruzov qədər saxta görünür. Onlar elə danışırlar ki, guya bizim ölkədə fahişəlik yoxdur. Başa düşmək olmur, məgər fahişəliyin mövcudluğunu gizlədəndə daha əxlaqlı olacağıq? Deyəsən, bu adamlar qəsdən unudurlar ki, bu qərarı verən ölkələr fahişəliyə haqq qazandırmaq üçün bu addımı atmayıblar. Söhbət qarşısı tamamilə alına bilinməyən bir prosesi qanuni nəzarətə götürməkdən, onu lokallaşdırmaqdan, tibbi-sağlamlıq, kriminal, insan alveri və s. baxımdan daha az ziyanlı etməyin fərqli bir yolundan gedir. Belə ölkələrdə rəsmi fəaliyyət göstərən yerlərdən kənarda fahişəlik çox ciddi şəkildə cəzalandırılır. Bu addımı atanlara görə, leqallaşdırma fahişəliyin qanunsuz əhatəsini daraltmaqdır. Onu qanunda nəzərdə tutulan çərçivəyə salmaqdır. Odur ki, bunu “vay, əxlaq əldən getdi!” deyə qələmə vermək, sadəcə, saxta vətənpərvərliyin bir formasıdır.
Təbii ki, ən müxtəlif ölkələrdə bu təklifin tərəfdarları və əleyhdarları var. Lakin onlar bir-birini əxlaqsızlıqda ittiham etmir, mənfi nəticələri əsas götürürlər. Leqallaşmanın xeyli müsbət cəhəti var, amma bəzilərinə görə mənfi cəhətləri də var. Dünyada birmənalı fikir yaranmayıb. Ən vacibi odur ki, bu məsələ təməl hüquqlara aid məsələ olmadığı üçün, onu yalnız cəmiyyətin ümumi rəyi ilə həll etmək mümkündür. Onu ilkin şərt kimi, vazkeçilməz hüquq kimi qoymaq mümkün deyil.
Leqal və ya gizli fahişəliyin çoxlu tərəfləri var: kriminal və sosial fəsadlar, sağlamlıq və xəstəliklərin yayılması kimi ziyanlı cəhətlər. Amma ona həm də bir qrup insanın seksual ehtiyaclarının ödənməsinin yeganə yolu kimi də baxmaq olar. Əxlaq tərəfdarları insanın seksual ehtiyaclarının ödənməsinə həmişə xırda məsələ kimi baxır. Unudurlar ki, hətta islam dini bu problemi həll etmək üçün siğə kimi leqal bir platforma yaratmışdı. Yəni problemə hərtərəfli baxmadıqca, onu əxlaq şüarçılığında saxladıqca, cəmiyyətin gerçək problemlərini anlamaq mümkün deyil. Bu isə əksinə, əxlaqsızlığı və başqa fəsadları daha da gücləndirir.
Məsələn, heç kim diqqət vermir, niyə öz yaxınlarına (qohumlar, qonşular) qarşı cinsi zorlama halları Azərbaycanda çoxdur? Çünki insanların cinsi tələbatının ödənilməsi çox çətindir, uzağa heç əli çatmayanlar dözümsüzlük göstərəndə yaxınlara əl uzadır və mənəvi cəhətdən də çox ağır olan bir cinayətə yuvarlanırlar. Insanların seksual ehtiyaclarının ödənilməsi istənilən cəmiyyət üçün çox vacibdir və bunun normal təminatı üçün tənzimləmələr aramaq əvəzinə, çox vaxt cəmiyyətimiz problemi əxlaqsızlıq mövzusu elan edərək, qapamış olur. Siyasilərimiz, ziyalılarımız, yazarlarımız da ümumi rəydən qorxaraq öz fikirlərini açıqlamağa çəkinirlər. Hətta özbaşınalıq siyasətinin təmsilçisi olan Siyavuş Novruzovun da bu məsələdə çəkindiyi və sonradan öz təklifindən geri durması haqda xəbərlər yayılmaqdadır. Lakin bu, təkcə bir təkliflə bağlı məsələ deyil, olduqca geniş mövzudur və bu sahədə Azərbaycanın çox ciddi problemləri var. Fəqət ağlı başında olan hər kəs onu da anlayır ki, o problemlərin də həlli üçün daha öncə həll edilməli başqa problemlər var…
Öncə azad və ədalətli cəmiyyət qurmalısan. Yoxsa heç bir ciddi problemi normal şəkildə həll etmək mümkün də deyil. Indi biz fahişəliyi leqallaşdırmaq istəsək belə, bu alınmaz. Gömrüyümüzdə qaçaqmalçılıq olduğu kimi, bu sahədə də gizlin paralellik, korrupsiya, özbaşınalıq daha qarışıq və daha iyrənc bir vəziyyətə yol açacaq. Biz heç gömrüyümüzü leqallaşdıra bilməmişik. Bu halda qaş düzəltmək əvəzinə, göz çıxaracağıq.

Korrupsiya bu addımı yeni fəsadlara çevirə bilər…

Məsələ ondadır ki, problemin dərin kökü də elə azad, ədalətli, korrupsiyasız cəmiyyətin olmamasındadır. Axı normal cəmiyyətdə qadın niyə fahişə olmalıdır?! Tək-tük istisnalar ola bilər, amma bir təzahür kimi qadın ehtiyacı olmadan fahişəlik etməz. Bəzi insanlarda belə bir düşüncə var ki, qədim peşə olub və olacaq. Hərə də özlüyündə bir səbəb deyə bilər qadının fahişəliyə çevrilməsi ilə bağlı. Amma fahişəliyin mövcudluğu geniş mənada yalnız sosial xarakterlidir və müasir cəmiyyətlər doğrudan da bu qədimliyin gerçək qənimi ola bilir.
Maddi ehtiyacı olmayan qadın niyə bədənini satsın? Bu suala cavab tapmaq üçün bir haşiyə çıxacağam. Bir neçə il öncə Norveçə getmişdim. Osloda muzeydə bir rəsm əsəri gördüm. Rəsmdəki təsvirdə qadınlar bir otağın qapısında sıra ilə düzülmüşdü. Yanlarında polis də vardı. Elə görünürdü ki, polis onları sıraya düzüb. Bələdçidən izah istədikdə söylədi ki, bu, məşhur rəssam Kristian Kroqenin (1852-1925) əsəridir. Onun bu əsəri və eyni mövzuda olan “Albertino” romanı öz dövründə qadağan olunubmuş. Təsvirdəki qadınlar isə fahişələrdir, polis onları həkim yoxlamasına gətirib. Bələdçi dərhal onu da dedi ki, o dövrdə Norveç qadınları arasında fahişəlik olduqca geniş yayılıbmış – ağıla sığmayan dərəcədə. Bir xeyli bu haqda danışdı və mən ona sual etdim: “Indi necə, Norveç qadınları arasında fahişələr çoxdurmu?”.
Əslən Rusiyadan olan və çoxdan bu ölkədə yaşayan bələdçi xanım əminliklə dedi: “Əlbəttə ki, yox. Norveç qadınları arasında indi fahişəlik heç yoxdur!”.
Mən yenə səbəbini sordum. O da sadə bir izah verdi: “Onların buna ehtiyacı yoxdur, rahat işləyib dolana bilərlər, seksual ehtiyaclarını isə normal yolla və özləri seçdikləri kişi ilə ödəmələrinə heç bir əngəl yoxdur. Burada ailə cütlükləri ayrılmayanacan bir-birini dəyişməzlər – demək olar ki, xəyanət də yoxdur. Fahişələr isə yalnız gəlmələrdir!”.
Bəli, elə bunu demək istəyirəm: ədalətli və yüksək rifah fahişəliyi kökündən yox edir! Ona görə də fahişəliyi leqallaşdırmaq nə vazkeçilməz bir məsələdir, nə də deyilən qədər qorxuludur. Qorxulu olan fahişəliyi artıran yanlış idarəçilik, korrupsiya, saxtakarlıq və özbaşınalıqdır.

Qadın niyə fahişə olur?

Şahvələd Çobanoğlu

Öncə azad və ədalətli cəmiyyət qurmalısan. Yoxsa heç bir ciddi problemi normal şəkildə həll etmək mümkün də deyil. Indi biz fahişəliyi leqallaşdırmaq istəsək belə, bu alınmaz. Gömrüyümüzdə qaçaqmalçılıq olduğu kimi, bu sahədə də gizlin paralellik, korrupsiya, özbaşınalıq daha qarışıq və daha iyrənc bir vəziyyətə yol açacaq. Biz heç gömrüyümüzü leqallaşdıra bilməmişik. Bu halda qaş düzəltmək əvəzinə, göz çıxaracağıq. Korrupsiya bu addımı yeni fəsadlara çevirə bilər…