Aprelin 21-i Sumqayıtda toplantı keçirən Ümid Partiyasının üzvləri polis təzyiqinə məruz qalıb. Partiya sədrinin müavini Aynur İmranova “Media forum” saytına açıqlamasında qeyd edib ki, partiya rəhbərliyi və yerli təşkilatın üzvləri genişləndirilmiş toplantı keçirərkən polislər qərargahı mühasirəyə alıb və boşaldıb.
“Azadlıq” radiosuna danışan Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə bildirib ki, Bir neçə ay əvvəl Sumqayıtda partiyanın qərargahını bağlayıblar. Biz toplantını icarəyə götürdüyümüz yerdə keçirirdik. “Polis toplantıya basqın etdi və tədbir iştirakçılarını zorla bayıra çıxartdı. Partiyamız qeydiyyatdan keçmiş, dövlət büdcəsindən maliyyələşən partiyadır. Seçki ilində belə hərəkət etmək qanunsuzluqdur. Polisin bu hərəkəti ölkədə qeyri-demokratik vəziyyətin olmasına sübutdur. Çox güman, bundan sonra da belə təzyiqlər olacaq. Bu hakimiyyət normal, ədalətli seçki keçirmək niyyətində.deyil”-deyə Ənvər Ağazadə bildirib
Aprelin 21-də QAT –ın rayonlarda keçirdiyi tədbirlərə də polis müdaxilə edib. QAT sədri Akif Nağı “Azadlıq”a verdiyi açıqlamada bildirib ki, “Bərdə, Ağdam, İmişli, Sabirabad rayonlarında təşkilatın üzvləri ilə görüş keçirilib. “ Ağdamın Quzanlı, Sarıcalı kəndlərində görüş keçirmək istədik, ancaq polis müdaxilə edərək görüşə maneə törətdi. Daha sonra biz tərəfdaşlarımızla çayxanaların birində yığışaraq öz sözümüzü, fikirlərimizi insanlara çatdırdıq. Lakin polis çayxanaya da hücum edib, tədbiri dağıtdı. Bu Azərbaycanı sevməyən, Qarabağın azad olunmasını istəməyən qüvvələrin siyasi sifarişidir. Bu cür hallar Azərbaycan hakimiyyətinə dvident gətirmir”- deyə Akif Nağı bildirdi.
İlham


