ABŞ prezidenti Barak Obamaya zəhərli məktub göndərməkdə şübhəli bilinən şəxs Mississipi ştatında həbs edilib. ABŞ-ın Federal Kəşfiyyat İdarəsi Pol Kevin Kortisin çərşənbə günü gecə həbs edildiyini bildirib.
Federal Kəşfiyyat İdarəsinin jurnalistlərə açıqlamasında aprel ayının 8-də cənab Obamaya, daha əvvəl isə senator Rocer Vikersə göndərilən eyni məzmunlu məktublarda Tennisi ştatının Memfis markası olub. Məktubda öldürücü risin maddəsi aşkar edilib.


