Nazir Əli Abbasovun beynəlxalq və yerli tədbirlərdə çəkilən şəkilləri oğurlanıb
“Rabitə və İnformasiya Nazirliyinin hər hansı gizli sənədləri yoxdur. Yazıda qeyd olunduğu kimi məxfi şəkillər və sənədlər oğurlanmayıb”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “Anonimous” adlı beynəlxalq hakerlər qrupunun nazirliyə məxsus gizli sənədləri və fotoları oğurlaması məsələsinə münasibət bildirərkən deyib. Müşfiq Əmirov bildirib ki, nazirin beynəlxalq və yerli tədbirlərdə çəkilən şəkilləri oğurlanıb: “Nazirlik həmin haker qrupu haqqında araşdırma aparır. Araşdırmalar bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat verəcəyik”.
Qeyd edək ki, “Anonimous” adlı beynəlxalq hakerlər qrupu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid (mincom.gov.az) 1.5 GB-lik (qiqabayt) müxtəlif səpkili sənədləri və informasiyaları oğurlayıb.


