Yanacaqdoldurma məntəqəsində bıçaqlanma

Məntəqənin işçisi adam yaralayıb

Yanacaqdoldurma məntəqəsində bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Bizimxeber.az-a verilən məlumata görə, hadisə aprelin 11-i saat 16 radələrində Maştağa-Nardaran şossesində yerləşən yanacaqdoldurma məntəqəsəsində qeydə alınıb. Məntəqədə işləyənlərdən Taleh Ağayev şəxsi münasibətlər zəminində Elman Kərimova bıçaq xəsarəti yetirib. O, aprelin 12-də Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Bizimxeber.az