Bu gün Misirdə sabiq prezident Hüsnü Mübarəkə qarşı yeni məhkəmə prosesi başlayıb. Korrupsiya və kütləvi nümayiş iştirakçılarının öldürülməsinə göstəriş verməklə bağlı ittihamlara yenidən baxılacaq. İlk iclasda 84 yaşlı Mübarək, onun oğulları Əlaa və Qamal da iştirak edib. Sabiq prezident məhkəmə zalına əlil arabasında gətirilib. Lakin iclas başladıqdan qısa müddət sonra yarımçıq kəsilib. Belə ki, hakim Mustafa Həssən işə baxmaqdan imtina edib və işə baxılması üçün yeni hakimin seçilməsini təklif edib. Növbəti iclasın nə vaxt keçiriləcəyi isə hələlik məlum deyil (Associated Press).
Hüsnü Mübarək hazırda Qahirədə hərbi hospitalda müalicə alır. O, səhhətinin pisləşməsi ilə əlaqədar hospitala köçürülüb.


