PA-dan dindarlara ultimatum

Administrasiya rəsmisi onları xaricə işləməkdə ittiham edir

Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin əməkdaşı Canpolad Musayev Şamaxıda Heydər Əliyevlə bağlı tədbirdə bəzi dindarların ünvanına sərt ittihamlar səsləndirib:
“Son zamanlar adını görkəmli ilahiyyatçı, din xadimi qoyan bir qrup şəxs özünü xaricdəki himayədarlarına göstərmək üçün təxribatlar törəmə çalışır. Bu təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Belə halların dövlətçilik üçün təhlükəyə çevrilməsinə, dini etiqad azadlığından sui-istifadə hallarına yol vermək olmaz.
Bu kimi hallara qarşı dini icmalar da öz mövqelərini  ortaya qoymalıdırlar”.