Hakimiyyətin 2013 təlaşı

aliyev musavire2İqtidarın əyalətlərə səpələnməsinin səbəbi «Azadlıq»da

Azərbaycan hakimiyyətinin bölgələrə “diqqət” artırmasının səbəbləri barədə redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, əslində məmurların əyalətlərə göndərilməsi heç də vətəndaşların problemlərini dinləmək deyil.
Əksinə hakimiyyət özünün ciddi problemini həll etmək üçün əyalətlərə səpələnib. Həmin ciddi problem 2013-cü ildə keçiriləcək prezident seçkisidir. Hakimiyyətdaxili mənbə bildirir ki, iqtidar seçkidən çox narahatdır. Bunun da səbəbi təbii ki, həm daxildəki ciddi narazılıq, həm də beynəlxalq təşkilatların, Avropa strukturlarının iqtidardan demokratik seçki tələbidir. Hakimiyyət fərqindədir ki, artıq Qərbin güzəşt limiti bitib. Və 2013-cü il seçkisi hakimiyyət üçün ötən seçkilər kimi rahat keçməyəcək.
Mənbə deyir ki, ona görə də iqtidar səfərbər olub. Əyalətlərdə vətəndaşlarla formal xarakter daşıyan görüşlərdən sonra yerli rəhbərliklə ciddi seçki müzakirələri aparılıb. Onlara mövcud vəziyyət çılpaqlığı ilə izah edilir. 2013-cü ilin hakimiyyət üçün çox ağır olduğu və bu baxımdan arxayınçılığın kataklizmə səbəb olacağı yerli hakimiyyətlərin diqqətinə çatdırılır.

Informasiya şöbəsi