Müsavatdan icra başçısına cavab

“O cür ifadə işlətmək icra başçısının şəxsiyyətinin göstəricisidir”

“İcra başçısı çox böyük yanlışlığa yol verib. İcra başçısına, məmura yaraşmayan söz işlədib”. Bunu “Qafqazinfo”ya Müsavat başqanının müavini Gülağa Aslanlı Cəbrayılın icra başçısı Mahmud Quliyevin İsa Qəmbərlə bağlı dediyi sözlərə cavab olaraq bildirib.

”Cəbrayıl işğal altındadır. Heç ölkənin ali baş komandanı İlham Əliyev də Cəbrayıl işğal altında olduğuna görə ora getmək imkanına malik deyil. İsa Qəmbər Cəbrayıl sakinləri ilə partiyanın qərargahında görüşəcək. O cür ifadə işlətmək icra başçısının şəxsiyyətinin göstəricisidir”, – deyə G.Aslanlı qeyd edib.