Inqilab nəticəsində devrilmiş diktator Zeynalabdin Ben Əli və onun ailəsinin xaricdə gizlətdiyi varidatın 28,8 milyon dolları Tunisə qaytarılıb.
TAP informasiya agentliyinin yaydığı məlumata görə, bu məbləğin qeyd olunduğu qəbz Tunis prezidentinə təqdim olunub. Qeyd edək ki, ərəb inqilabları nəticəsində devrilmiş liderlərin xalqlarından oğurladıqları vəsaitin geri qaytarılması üçün BMT xüsusi nümayəndə təyin edib. Bu, Qətərin baş prokuroru Əli Ben Fetayisaldır ki, Tunis prezidentinə də qəbzi elə o təqdim edib.
Məlumatda o da qeyd olunur ki, Tunisə qaytarılan vəsait devrilmiş diktator Ben Əlinin xanımı, 2011-ci il yanvarın 14-də Səudiyyə Ərəbistanına qaçmış Leyla Trabelsinin Liviyada bank hesabına yatarılmış vəsait olub.
Ben Əli və ailəsi xalqdan milyardlarla pul oğurlayıb, amma dəqiq rəqəm məlum deyil.


