Keçmiş baş nazir Yuliya Timoşenkonun əfv məsələsinə ona qarşı bütün cinayət işləri yekunlaşdıqdan sonra baxıla bilər. Bunu Ukrayna prezidenti Yanukoviç bəyan edib.
Yanukoviç ötən bazar keçmiş daxili işlər naziri Yuri Lutsenko da daxil olmaqla 6 nəfəri əfv edib.
Timoşenko hazırda hakimiyyətdə olarkən səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzası çəkir.
O həbsinin siyasi motivli olduğunu deyir.


