
Bir neçə gün qabaq həbs edilən ilahiyyatçı Tale Bağırzadənin aprelin 11-də apelyasiya məhkəməsi keçirilib. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin qarşısında gərginlik yaşanıb. Tale Bağırzadəyə dəstək olmaq üçün 50-60 nəfər məhkəmə binasının önünə toplaşıb, şüarlar və təkbir səsləndiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Polislər binanın qarşısına toplaşanları oradan uzaqlaşdırıblar.
T.Bağırzadənin məhkəməsinə gəlincə, onun apelyasiya şikayəti təmin olunmayıb. Şikayət T.Bağırzadəni DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı olub. Bağırzadənin vəkili bildirib ki, onun saxlanılarkən polis idarəsində işgəncəyə məruz qalması ilə bağlı Sabunçu rayon məhkəməsinə də şikayət ediblər.





