Dünyanın ən çox səs faizi ilə hakimiyyətə gəlmiş ilk onluğu
Avtoritar rejimlər üçün, legitimliklərini isbat etməyin ən ideal yolu “demoktarik” seçkilər vasitəsiylə hakimiyyətə gəlməkdir. Indi sizə dünyada bu işi ən yaxşı bacaran 10 prezidenti təqdim edirik. Ölkə başçısının ümumxalq səsverməsiylə seçilməsi dünya ölkələri arasında geniş vüsət alıb.
Avtoritar rejimlərsə bu seçkiləri öz xeyirlərinə istifadə etmək üçün müxtəlif yollara əl atırlar. Insanları təhdid etmək, medianı nəzarətdə saxlamaq, səsləri saxtalaşdırmaq, vahid namizəd kimi çıxış etmək və sairə bu yollardan yalnız bir neçəsidir. Aşağıda təqdim etdiyimiz nəticələr 19 Yanvar 2011-ci ilə qədər keçirilmiş seçki nəticələrinə əsasən hazırlanıb.
10. Hüsnü Mübarək – Misir 88.6%. Bu onluğun ağsaqqalı sayılır (82 yaş). Mübarək ölkədə ilk dəfə 2005-ci ildə çoxpartiyalı seçkidə 88.6% səslə qalib elan olunub. Amma bu seçkilərdə 70 milyonluq Misir xalqının cəmi 23%-i iştirak edib. 1987, 1993 və 1990-cu illərdə o, 95% seçici səsi ilə prezidentÿseçilib. 2005-ci ildə beynəlxalq müşahidəçilərə seçkiləri müşahidə etmə hüququ verilməyib. Yerli təşkilatlara isə yalnız seçki günündən bir gün öncəÿ müşahidəçi olmaq hüququ verilib.
9. Ilham Əliyev – 88.73%. 2008-ci ildə keçirilmiş seçkilərdə ikinci dəfə prezident seçilib.
8. Qurbanqulu Berdiməhəmmədov (Türkmənistan) – 89.2%. Ölkəsində son seçki 1992-ci ildə baş tutub. Ölkənin keçmiş başçısı Niyazov 99.5% səs ilə prezident “seçilmişdi”. 1999-cu ildə keçirilən seçkidə isə Niyazov ömürlük prezident təyin olunmuşdu. 2007-ci ildə Berdiməhəmmədov digər 5 müxalif namizədi üstələyərək, seçicilərin 95%-nin səsini qazanıb. Ancaq Berdiməhəmmədovun seçilməsi bir çox dairədə ciddi etirazlara səbəb olub. Məsələn, Ləbap əyalətində, hakimiyyət nümayəndələri müxalif namizədlərə səs verənlərin un payının kəsiləcəyini bildirib. Həmçinin bu seçkilərdə ilk dəfə səs verənlərə və yaşlı seçicilərə Berdiməhəmmədova səs verəcəkləri təqdirdə hədiyyə veriləcəyi vəd edilib.
7. Abdulaziz Bouteflika (Əlcəzair) – 90.2 %. 73 yaşlı prezident 9 aprel 2009-cu ildə yenidən prezident “seçilib”. Bouteflika hər üç mandat ərzində müsbət nəticə göstərib. O, 2004-cü ildə 85% səs qazana bilmişdisə, beş il sonra keçirilmiş seçkidə daha 5% səs qazana bilmişdi. Son seçkidə isə müxalif namizədlər iddia ediblər ki, Bouteflikanın adamları qəsəbələrdə yaşayan insanlara seçkidə səs verdiklərini sübut etmək əmri verib. Səs verməyənlər isə işdən çıxarılmaq və sürgün olunmaqla təhdid olunub.
6. Nursultan Nazarbayev (Qazaxıstan) – 91.1%. Qazaxıstanın ilk və tək prezidnti olan Superxan ləqəbli Nazarbayev 2005-ci ildə keçirilmiş seçkilərdə seçicilərin 91.5% səsini toplayaraq prezident kürsüsünə əyləşib. ATƏT birbaşa olmasa da, dolayı yolla seçkinin nəticələrini pisləyib. Maraqlı tərəf odur ki, seçki kampaniyası ərəfəsində Nazarbayevin əsəs rəqibi və keçmiş nazir Zmanbek Nurkadilov öz evində 3 güllə yarası alaraq qətlə yetirilib. Məhkəmə isə sui-qəsdin ailə-məişət zəmnində olması versiyası üzərində dayanıb. Dünyanın ən ikiüzlü demokrat ölkəsi sayılan Fransa isə, 2010-cu ildə Nazarbayevi Paris səfəri əsnasında Böyük Xaç Ordeni ilə təltif edib. Nokola Sarkozi uğurlu iqtisadi inkişafına görə Qazaxıstanı MDB ölkələri üçün nümunə adlandırıb.
5. Pierre Nkurunziza (Burundi) – 91.6%. Keçmişdə idman müəllimi və qiyamçı olan Nkurunziza 2010-cu ildə seçicilərin 91% səsini qazanıb. Onun seçkidə vahid namizəd olduğunu nəzərə almasaq, bu qədər səs toplaması kifayət qədər ciddi nəticədir. Avropa Birliyi seçkilərdə vahid namizədin iştirakından narahatlığını bildirsə də, Burundi xalqının seçki hüququndan istifadə haqqının əhəmiyyətinin önəmlə qeyd edib. Seçkilərdən bir neçə həftə öncədən başlayraq, müxalif namizədər həbs edilmiş və ölkənin müxəlif yerlərində partlayışlar törədilmişdi.
4. Paul Kagame (Ruanda) – 93%. 2003-cü ildə keçirilmiş seçkidə səslərin 95%-ni qazanmasına baxmayaraq, son seçkidə 93% səs toplaya bilmişdi. Müxalifət partiyaları isə seçkidə iştirak etməmişdilər.
3. Teodoro Obiang Nguema Mbasogo (Ekvatorial Qvineya) – 95.4%. 1979-cu ildən hakimiyyətdə olan Nguema 2009-cu ildə 5-ci dəfə prezident seçilib. Son seçkidə daha yaxşı nəticə göstərəcəyinə söz versə də buna nail ola bilməyib. Nguemanı bütün beynəlxalq təşkilatlar diktator kimi tanıyır. Neft pullarına nəzarət etmək üçün hakimiyyətdə qalmaqda israrlı olan Nguema xərçəng xəstəliyindən əziyyət çəkir. Özündən sonra ölkənin ən zəngin insanı sayılan oğlunun prezident seçiləcəyi ehtimal olunur.
2. Bəşər Əsəd (Suriya) – 97.6%. 2007-ci ildə ikinci dəfə prezident seçilib. Seçkilərdə iştirak edənlərin 11 milyonu onun lehinə səs verib, 20 min nəfər isə səslərini Əsədin əleyhinə istifadə edib.
1. Ismail Omar Guelleh (Cibuti) – 100%. Dünyanın ən inanılmaz seçki nəticəsi göstərmiş prezidenti. 2005-ci ildə keçirilmiş seçkidə Cibuti xalqı hamılıqla ona səs verib. Bir çox diktator kimi o da seçkinin mütləq qalibi olmaq üçün yeganə namizəd kimi çıxış edib. Müxalifət isə seçkinin nəticələrini “saxta və gülünc” adlandırıb. Bəzi müxalifət partiyaları isə maddi sıxıntı səbəbindən seçkiyə qatıla biməyib. Guellah ölkənin tarxində ikinci prezidentdir. Belə ki, keçmiş Fransız koloniyası olan ölkədə 1977-1999-cu illərdə əmisi Hassan Gouled prezident olub. Artıq Cibuti parlamenti iki dəfədən artıq seçilməyi qadağan edən qanunu ləğv edib. Bununla da Guellah gələcəkdə xalqına daha çox xidmət etmək şansı qazanıb.
istiqamet.com