AXCP Ali Məclisi Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının ABŞ səfərinin yekunları dinlənilib. Keçirilən görüşlərin əhəmiyyəti müsbət qiymətləndirilib.
Rəyasət Heyətində ötən həftə rayonlarda ezamiyyətdə olan üzvlərin keçirilən müşavirələrlə bağlı hesabatı da müzakirə olunub. Növəti rayon müşavirələrinin qrafiki müəyyənləşdirilib.
AXCP Rəyasət Heyəti hakimiyyətin son günlərdəki repressiya tədbirlərini də diqqətdən keçirib. Gənc fəalların və dini kəsimin söz sahibi olan şəxslərinin şərlənərək həbsə atılması pislənilib. Eyni zamanda xalq həkatının tanınmış siması İbrahim İbrahimli, “El” hərəkatının təmsilçisi Eldəniz Quliyev, hərbçi-ekspert Yaşar Cərəfliyə qarşı törədilən fiziki zorakılıq hakimiyyətin şər mahiyyətindən yaranan terror kimi dəyərləndirilib.
AXCP Rəyasət Heyəti seçki öncəsi hakimiyyətin siyasi mübarizəni zorakı müstəviyə və qorxu mühütinə çəkməsini yolverilməz sayaraq bu gedişata qarşı milli-demokratik düşərgənin təcili və təsirli fəaliyyətə başlamasını vacib sayıb.