ABŞ-ın yeni lazer silahları (VİDEO)

Amerika Birləşmiş Ştatları  yeni lazer silahı istehsal edib. Newsru.com-un məlumatına görə yeni silah növü 2014-ci ildən istifadə ediləcək. Silah ABŞ-ın döyüş gəmilərində quraşdırılacaq. Lazer silahın əsas hədəfləri döyüş təyyarələrini vurmaq üçün istifadə olunur. Yeni silah artıq ilk real döyüş üçün sınaqdan çıxarılıb. Qeyri öldürücü silah konkret hədəflər üçün istifadə olunacaq. Bundan başqa silah döyüş qayıqlarını vurmaq üçün, insanlara fiziki xəsarət yetirmədən istifadə olunur. Amma lazer silah böyük  ölçülü döyüş raketlərini vurmaq üçün kifayət qədər güclü deyil.