«Aydın Mirzəzadə getsin işi ilə məşğul olsun»
“Rüstəm Ibrahimbəyov çox vətənpərvər adamdır. Ona qarşı təşkil olunmuş bu kampaniya süni xarakterlidir. Rüstəm Ibrahimbəyov Qarabağla bağlı onu tənqid edənlərdən çox iş görüb”. Bu sözləri Ziyalılar Forumunun üzvü, tarixçi alim Cəmil HəsənliÿAzNews.az-a açıqlamasında Rüstəm Ibrahimbəyovun bu günlərdə “Rostbalt” informasiya agentliyinə verdiyi müsahibəni Ermənistanın maraqlarına xidmət kimi qiymətləndirənlərə cavab olaraq bildirdi.
Cəmil Həsənli millət vəkili Aydın Mirzəzadənin Ziyalılar forumunu Ermənistanı Azərbaycanda müdafiə edən siyasi təşkilat adlandırmasına da kəskin münasibət bildirdi: “Hakimiyyətin korrupsiyaya qurşanması Ermənistana ən böyük xidmət deməkdir. Ona görə Aydın Mirzəzadə getsin işi ilə məşğul olsun”.