Ukrayna müxalifəti seçkilərin vaxtından qabaq keçirilməsini tələb edir

Müxalifət çoxminlik mitinq keçirib

Ukraynada müxalifətdə olan “Zərbə” partiyasının lideri Vitali Kliçko  bəyan edib ki, ölkədə vaxtındanəvvəl prezident və parlament seçkiləri keçirilməlidir.

O bunu “Ukrayna qalx” aksiyası çərçivəsində bazar günü Kiyevin mərkəzində keçirilən çoxminlik mitinqdə bəyan edib.

Mitinqdə telefonla bu gün azadlığa çıxan keçmiş daxili işlər naziri Yuri Lutsenko çıxış edib.
O qeyd edib ki, müxalifət liderlərinin bu gün etdikləri məhz insanlar üçündür.
Onlar insanları öz hüquqları uğrunda mübarizə aparmağa çağırırlar.