Fuad Qəhrəmanlı ABŞ Konqresində

Aprelin 1-dən 4-ə qədər ABŞ-da səfərdə olan və artıq vətənə dönən AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının son Vaşinqton görüşünü Konqresdə keçirib. O, Konqresin Avropa və Avrasiya Komitəsinin icraçı direktoru Naz Durakoğlu ilə görüşüb. Görüşdə Azərbaycandakı mövcud vəziyyət, demokratik qüvvələrə qarşı siyasi repressiya və Konqresin diqqətinin Azərbaycandakı seçki prosesinə yönəldilməsi istiqamətində müzakirələr aparılıb. Ümumi razılığa gəlinib ki, AXCP və Konqresin bu komitəsi ilə əlaqələr qurulsun və bu yolla həm də konqresmenlərə ölkədəki vəziyyətlə bağlı mütəmadi məlumatlar çatdırılsın.