32 trilyon oğurluğun üstü necə açıldı?

Müxtəlif ölkələrdən ofşorlarda aktivləri olan minlərlə adamın adı məlum

Britaniyanın “The Guardian” qəzeti International Consortium of Investigative Journalists (ICIJ) təşkilatının apardığı araşdırmanın nəticəsini əks etdirən bir neçə məqalə dərc edib. Məlum olub ki, ifnormasiya sızması nəticəsində əsasən Britaniyanın Vircin adalarında yerləşən (BVI) offşor şirkətlərə dair milyonlarla elektron məktub və sənəd ələ keçib. Məqalələrdən birində deyilir ki, BVI barədə məlumatların həcmi 200 gigabaytdan çoxdur. Bu 10 ildən artıq müddətə aid məlumatlardır. Məqalələr arasında bəzi şəxslərin hesabları və firmaları barədə məlumatlar var.

Bu günlərdə dünyasını dəyişmiş oliqarx Berezovskinin tərəfdaşı kimi təqdim edilən britaniyalı milyonçu Skot Yanqa ayrıca məqalə həsr olunub.

Offşorlarda pullarını gizlədənlər siyahısına prezidentlərdən tutmuş plutokratlara qədər xeyli adlar daxildir. Qiymətləndirməyə görə, offşorlarda 32 trilyon dollar gizlədilib. Dünyanın ən uğurlu offşoru olan BVI-də qeydiyyatdan keçən firmaların sahiblərinin adları açıqlanmır.

Məqalədə Azərbaycan prezidenti İlham Əliyevin və ailə üzvlərinin adı keçir. (Bu barədə «Azadlıq» geniş məlumat verib – azadlıq.info).

Bütün bunlar barədə ICIJ 15 ay araşdırma aparıb. Araşdırmada 46 ölkədən 86 jurnalist iştirak edib.