Obama öz maaşını azaltdı

ABŞ prezidenti Barak Obama öz nümunəsində maliyyə böhranı ilə necə mübarizə aparmağın yollarını göstərib. Prezident öz maaşını 5 faiz azaldıb.

Martın 1-dən başlayaraq Amerikada büdcənin avtomatik azalmasına dair proqram tətbiq edilib. Lakin prezidentin və konqress üzvlərinin əmək haqqı qanunla müəyyən edilib və azaldıla bilməz. Bununla belə Obama öz əmək haqqınınbir qismini Maliyyə Nazirliyinə qaytarmaq qərarına gəlib. Bu barədə məlumatı Ağ Evin mətbuat xidmətinin rəhbəri Cey Karni yayıb. Bu addım Ağ Ev sahibinə ildə 20 min dollara başa gələcək.

Qeyd edək ki, Barak Obamanın illik əmək haqqı 400 min dollardır.