
AXCP Gənclər Komitəsinin fəalı Daşqın Məlikovun məhkəməsi təxirə salındı. Sumqayıt şəhərini təmsil edən fəalın işinə Sumqayıt apellasiya məhkəməsində baxılmalı idi. Vəkili Əsabəli Mustafayevin redaksiyamıza bildirdiyi məluata görə məhkəmə 5 aprel saat 15:00-a təxirə salınıb. Səbəb kimi isə hakimin cinayət materialları ilə tanış olmaması göstərilib.
Xatırladaq ki, mart ayının 26-da Sumqayıt polisləri tərəfindən saxlanılan Daşqın Məlikovun cibindən 1.49 qram narkotik maddə tapılıb və məhkəmənin qərarı ilə iki aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham olunur. Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
Bəyim


