Aprelin 4-ü Bakı Apellyasiya Məhkəməsində həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvləri Üzeyir Məmmədli və Rəşadət Axundovun apellyasiya şikayəti üzrə məhkəməsi prosesi keçirilib.
Məhkəmə prosesi saat 14:30-da başlayıb: “Hər iki fəalın məhkəmə prosesi başlayıb. Gənclər həbs olunan NİDA üzvlərinə dəstək olmaq üçün məhkəmə qarşısına toplaşıblar. Vəkillərin məhkəməyə təqdim etdiyi vəsatətlərdən biri də həbs olunan gənclərin ev dustaqlığına buraxılmasıdır”.
***
Üzeyir Məmmədlinın məhkəməsi yekunlaşıb. Vəkili Fəxrəddin Mehdiyevin musavat.com-a verdiyi məlumata görə, məhkəmə müdafiə tərəfinin iddiasını təmin etməyib.
***
Saat 16-da Rəşadət Axundovun məhkəməsi də başa çatıb. Onun vəkili Rəşid Hacılı əməkdaşımıza bildirib ki, məhkəmə R.Axundovun vəsatətini təmin etməyərək, onun barəsindəki üç aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
musavat.com


