“Fövqəlnazir”in şirkətilə bağlı şok gizlinlər

k heyderov2Fərhad Əliyevdən sonra Kəmaləddin Heydərovun nəzarətinə keçən «Azeri Trans» nə ilə məşğuldur?

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fevral hesabatında  ”Zəlzələnin nəticələrinin aradan qaldırılması” korrupsiya layihəsinin iştirakçısı kimi adı hallanan “Azeri Trans”  ilə bağlı yeni ifşaedici faktlar var. Bu barədə azadliqnews.tv bildirir.  
Martın 25-də 1500 nəfərlik kollektivin yüzə yaxın işçisinin Qəbələdə etiraz aksiyası keçirməsi bu qurumda qanunçuluqla bağlı problemlərin olduğunu üzə çıxardı. Aksiya iştirakçıları çox şey gözləyirdi, lakin ötən gün personal çox qorxudulub. Işçilər 5 aydır almadıqları əmək haqlarını, 12 saatlıq iş gününün əvəzinə 8 saatlıq iş gününün tətbiq olunmasını və əmək müqavilələrinin bağlanmasını  tələb ediblər. Bundan əvvəl işçilərin Prezident Administrasiyasına, Əmək və Əhalinin  Sosial Müdafiə Nazirliyinə çoxsaylı müraciətləri cavabsız qalıb. Əvvəllər keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olan “Azeri Trans” hazırda FHN rəhbəri Kəmaləddin Heydərova yaxın şəxslərə məxsusdur. Şirkətə gizli rəhbərliyi FHN yanında Tikintiyə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov həyata keçirir. Şirkət rəhbərliyində  DIN və Sərhəd Xidmətinin xeyli keçmiş əməkdaşı təmsil olunub. Zəlzələdən daha çox zərər dəymiş Zaqatala rayonunda 800 evin bərpasına 70 mln. manat ayrılıb. Lakin “Kür” qərargahının monitorinqinə və KIV-ə görə,  cəmi 100 ev inşa edilib. Əsasən bu vəsait mənimsənilib, şəxsi hesablara köçürülüb, şəxsi villaların, Bakıdakı 5 saylı xəstəxananın yanında FHN üçün hündürmərtəbəli yaşayış evinin inşasına sərf olunub.
Vəsaitin bir hissəsi FHN rəhbəri Kəmaləddin Heydərovun votçinası hesab edilən Qəbələ rayonunun abadlığına sərf olunub. Şirkətin rəhbəri personalı Range-Rover, BMW  X5 və digər bahalı avtomobillərdə gəzir.
Tender olmadan ötən ilin mayında Zaqatala və Qaxda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dövlət vəsaiti alan başqa şirkətlərdə də oxşar vəziyyətdir.  
3,5 min evin inşası və həmin sayda ev və sosial obyektin təmiri üçün 340 mln. manat ayrılıb. Vəsait xərclənib,  işlər yerinə yetirilməyib.
Eyni zamanda üçüncü rayonda – Balakəndə yaşayış evlərinin bərpasına, həmçinin zəlzələdən zərər çəkənlərə pul ayrılmayıb, halbuki, orada da 3 min evin bərpası nəzərdə tutulub.
“Azeri Trans” ilə bağlı vəziyyət Heydərov “imperiyasında” unikal deyil. Yerli mənbələrin məlumatına görə, martın  11-də Qəbələdə “Gilan Holdinq”in işçiləri əmək gününün 12 manatdan 15 manata qaldırılmasını və əmək müqavilələrinin bağlanmasını tələb ediblər. Holdinqin rəhbərliyi narazıları sakitləşdirmək üçün aylıq əmək haqqını ödəyib, lakin bir neçə gündən sonra aksiyada iştirak edən 46 nəfəri işdən çıxarıb. Belə ki, FHN geri çəkilməyə adət etməyib.