Azərbaycanda fəaliyət göstərən televiziya kanallarına Türkiyə ilə bağlı təlimat verilib. Bu barədə “Moderator.az” saytı məlumat verib. Məlumatda deyilir ki, dövlət televiziyası, İTV və digər müstəqil kanallara İsrailin Türkiyədən üzrxahlıq etməsinə dair xəbəri verərkən, onun əttrafında rəsmi Ankaranın təbliğatına həsr edilən şərhlərin olmaması haqda təlimat verilib. Yüksək səviyyədə verilən bu “tövsiyyə”dən sonra Türkiyənin və baş nazir Rəcəb Tayyib Ərdoğanın təbliğatına yönəlik təhlillər və ekspert rəylərini ifadə edən fikirlərin yayımı dayandırılıb. Hətta İTV-nin efirinə dəvət alan bəzi politoloqlara studiyaya gəlməmələri barədə məlumat da verilib.
Telekanallara Ərdoğan qadağası
•