İbrahimbəyovun adından yayılan siyahı yalan çıxdı

Eldar Namazov: “Bu siyahının Rüstəm İbrahimbəyovla heç bir əlaqəsi yoxdur”

Səməd Əkbərov adlı Facebook istifadəçisi şok bir siyahı yayıb. Söhbət Rüstəm İbrahimbəyovun Milli Şura üzvlüyünə təklif etdiyi namizədlərin siyahısından gedir.. Siyahını olduğu kimi təqdim edirik.

Ziyalılar Forumundan:
Rafiq Əliyev
Cəmil Həsənli
Ramiz Rövşən
Gültəkin Hacıbəyli

Müsavat Partiyasından:
İsa Qəmbər
Arzu Səmədbəyli
Arif.Hacılı
Qubad İbadoğlu

AXCP-dən:
Əli Kərimli
Fuad Qəhrəmanlı
Həsən Kərimov
Nürəddin Məmmədli

EL hərəkatından:
Eldar Namazov
Zəfər Quliyev
Eldəniz Quliyev
Rəşid Hacılı

REAL hərəkatından:
İlqar Məmmədov
Erkin Qədirli

Siyasi xadimlər:
Rəsul Quliyev
Lalə.Şövkət Şövlət
Etibar Məmmədov
Pənah Hüseyn
İqbal Ağazadə

KİV rəhbərləri:
Elçin Şıxlı
Mehman Əliyev
Arif Əliyev
Rauf Arifoğlu
Qənimət Zahid
Qulu Məhərrəmli

Vətəndaş cəmiyyətindən:
Arzu Abdullayeva
Zərdüşt Əlizadə
Leyla Əliyeva
Hikmət Hacızadə
Leyla Yunus
Novella Cəfəroğlu
Yaşar Cəfərli

İctimai xadimlər:
Rəhim Hüseynov
Eldar Salayev
Firudin Cəlilov
Musa Yaqub
Nurəddin Mustafayev
Yaqub Məmmədov

Gənclər:
Emin Milli
Bəxtiyar Hacıyev

Digərləri:
Hacı İlqar İbrahimoğlu
Fuad Ağayev
Rəhman Bədəlov
Əli Abbasov
Rasim Ağayev

Və nəhayət, Rüstəm İbrahimbəyovun özü. Beləliklə, siyahıda 50 nəfərin adı var.

Məsələyə aydınlıq gətirmək üçün, Rüstəm İbrahimbəyovla əlaqə yarada bilmədik.Amma Milli Şura ilə bağlı danışıqlarda iştirak edən, El hərəkatının təsisçilərindən olan Eldar Namazov bildirdi ki, siyahı real deyil və Rüstəm İbrahimbəyovla heç bir əlaqəsi yoxdur.
Hazırda Mili Şüranın fəaliyyəti ilə bağlı təməl prinsiplərinin müzakirə edildiyini deyən E.Namazov bu istiqamətdə danışıqların müsbət məcrada getdiyini vurğuladı..E.Namzov onu da əlavə etdi ki, adı çəkilənlər nüfuzlu şəxslər olsa da, indiyə qədər hər hansı bir tərkib müzakirə predmeti olmayıb.