Oliqarxın var-dövlətinin böyük hissəsi girovdadır
Bu günlərdə dünyasını dəyişmiş oliqarxın daşınmaz əmlak obyektlərinin taleyi necə olacaq?
Martın 23-də London yaxınlığında dünyasını dəyişmiş sahibkar Boris Berezovski 483,5 mln. dollar dəyərində xarici aktivlərə sahib olub. Bunun təxminən yarısının oliqarxın daşınmaz əmlak obyektləri təşkil edirdi. Bütün bunlar 2010-cu ilə aid məlumatlardır. Ötən üç ildə bu aktivlərin taleyi necə olub?
2000-cu ildən Böyük Britaniyada yaşayan keçmiş oliqarxın cəsədi London yaxınlığında Askot qəsəbəsindəki evində tarılıb. Hüquqşünasların 5 mln. funt dəyərində qiymətləndirdiyi bu ev Berezovskinin istifadəsində olan sonuncu daşınmaz əmlak obyekti idi.
Surrey qraflığında yerləşən ikinci evi ötən ilin sonlarında Roman Abramoçivlə səs-küylü məhkəmə çəkişməsindən sonra borcları ödəmək məqsədi ilə 25 mln. funt sterlinqə satılıb.
Berezovskinin qalan əmlakı 2013-cü ilin əvvəlində 200 mln. funt sterlinqdən artıq olan borcların müqabilində girov qoyulub, satılıb, yaxud da biznes tərəfdaşı Badri Patarkatsişvilinin qohumları ilə məhkəmə çəkişmələri zamanı həbsə alınıb. Bu siyahıda başda oliqarxın ən iri aktivi – Fransada Lacivər sahildə Antib burnundakı Chateau de la Garoupe malikanəsidir. Dəyəri 220-300 mln. avro təşkil edən malikanəni Berezovski 90-cı illərin sonlarında əldə edib. 10,5 ha sahəni əhatə edən evin yerləşdiyi sahildə oliqarxa məxsus iki yaxta da yan almışdı. Lakin onların oliqarxa məxsus olduğunu sübut etmək mümkün olmayıb. Ancaq öldüyü ana qədər malikanə Berezovskinin mülkiyyətində olub. Həcminə görə ikinci aktiv Mayamidəki 100 mln. dəyərində olan Fisher Island adasıdır. 2004-cü ilin dekarb ayında Berezovskiyə məxsus Euro Fund Properties strukturu tərəfindən əldə edilib. Bu şirkəti Patarkatsişvilinin qardaşı Cozef Key idarə edib. Son ana qədər adanın adı Patarkatsişvilinin aktivlərinə dair məhkəmə çəkişmələrində hallanıb və Patarkatsişvilinin qohumları ilə yanaşı Berezovskinin özü də ona iddia edib. Bu gün ada bank kreditləri ilə bağlı girov təminatı kimi çıxış edir. Berezovski Patarkatsişvili ilə birgə sahib olduqları daha bir daşınmaz əmlak obyektinə iddia edib. Bu, Nyu-Yorkun mərkəzində dəyəri 6 mln. dollar olan Acna Bardı (keçmiş Budda Bar). Hazırda bu aktiv Patarkatsişvilinin qohumları arasında məhkəmə çəkişməsi predmetidir.
London hüquqşünaslarının sözlərinə görə, Berezovskinin bir sıra ödənməmiş bocları olub. Özü də söhbət təkcə daşınmaz əmlak xarakterli aktvilərdən getmir.
Belə ki, “Forbes” jurnalının məlumatına görə, girovlar arasında 1927-ci il istehsalı olan Rolls-Royce da var. Onun əvəzinə keçmiş milyarder Qırğızıstanın keçmiş prezidentinin oğlu Maksim Bakiyevdən 500 min funt borc alıb. Berezovskinin Maybach-ı da kreditə görə girovdadır.
“Forbes”in məlumatına görə, Berezovski hüquqşünaslar, klerklər, PR mütəxəsisləri, mühafizəçilərə ildə bir neçə milyon dollar pul xərcləyib. Oliqarxın işdən azad edilən iki sürücüsündən biri isə nəşrə müsahibəsində, ilə 100 min funt sterlinq əmək haqqı aldığını açıqlayıb. Məhkəmələrə və daşınmaz əmlakın saxlanılmasına da böyük vəsaitlər xərclənirdi. Berezovski ailəsinə də xeyli vəsait sərf edib. Belə ki, məhkəmə qərarına əsasən, ikinci həyat yoldaşı Qalinaya 100 mln.-dan 200 mln. funt sterlinqə qədər pul ödəməli olub.
Berezovskinin ölümündən sonra onun daşınmaz əmlakının taleyinin necə olacağı hələ məlum deyil. Böyük ehtimalla yaxın vaxtlarda kreditorlarla Berezovskinin qohumları arasında mübahisəli aktivlərlə bağlı məhkəmə çəkişmələri başlayacaq.
Fizzə