Əsas müzakirə mövzusu PKK-nın Türkiyədən çıxmasıdır
Şimali İraq kürd muxtariyyətinin rəhbəri Neçirvan Bərzani Ankaraya sürpriz səfər edərək baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Türkiyə mediası diqqəti bu səfərin PKK lideri Abdullah Öcalanın Novruzda kürd yaraqlılarını silahı yerə qoymağa və Türkiyədən çıxmağa çağırmasından sonra baş verməsinə yönəldir.
Məlumatlara görə, Bərzaninin Ankaradakı danışıqlarının ana maddəsi PKK-nın Türkiyədən çıxma müddəti olacaq. Bununla yanaşı, enerji məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.
Daha bir diqqət çəkən məqam isə odur ki, Bərzani Ankaraya ABŞ-ın dövlət katibi Con Kerrinin İraq səfərindən dərhal sonra gəlməsidir. Kerri İraqa qəfil səfərində ölkənin baş nazir Maliki ilə görüşmüş, Şimali İraq muxtariyyətinin rəhbəri Bərzani ilə də telefonla danışmışdı.
azadliq.info