PKK terror təşkilatı martın 21-dən atəşkəs elan edib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, hazırda PKK terror təşkilatına rəhbərlik edən Murat Karayılan bunu terror təşkilatına yaxın saytlardan birinə açıqlamasında söyləyib.
Həbsdə olan PKK lideri Abdulla Öcalanın çağırışı ilə əlaqədar atəşkəs elan etdiklərini bildirən Murat Karayılan bildirib ki, Türkiyədə parlament və hökumət komissiya yaradıb qanuni zəmin hazırlarsa, PKK-nın silahlı qruplarını Türkiyədən çıxara bilərlər.