Mercedes 6 təkərli avtomobil erasına başladı (FOTOLAR)

Artıq 4 təkərli avtomobillər unudulacaq. Çünki Mercedes ilk 6 təkərli G63 modeli ilə bütün gözləri öz üzərinə çəkməyi planlaşdırır.
Məhdud sayda buraxılacaq Mercedes G63 AMG 37 dyümlü təkərlərlə təchiz olunacaq.

Azadliq.info-nun Daily Mail saytına istinadən verdiyi məlumata görə, bu nəhəng 6 təkərli yolsuzluq avtomobili Almaniya tarixində ilk deyil. 1930-cu ildə belə bir model nasistlər tərəfindən istehsal olunmuşdu. Valehedici Mercedes G63 6X6 G- Wagon modelinin əsasında hazırlanıb. O özündə tankın yolsuzluq imkanlarını, yüksək sürəti və limuzinin cəlbediciliyini cəmləşdirəcək.

Sürəti daha da sərləşdimək üçün Mercedes Wagon G modelinin 3 litrlik dizel mühərrikini 5,5 V8 mühərriki ilə əvəz edib. İstehsalçılar yeni modelin 37 dyümlük təkərlərinin “dağ keçisi” kimi daşlıq ərazilərə də meydan oxuyacağını iddia edirlər.

azadliq.info