Günün ulduz falı (20.03.2013)

QOÇ
Yeni iş üçün əlverişli zamandır. Günün ikinci yarısına yeni xəbər, yeni təklif gözlənilir. Yerinizdə saymayın, hərəkətə keçin. Yeni məşğuliyyat tapmağa dəyər.
BUĞA
Günün ikinci yarısında əhvalınız dəyişəcək. Səhhətinizə qarşı diqqətli olun. Axşam saatlarında fiziki işlə məşğul ola bilərsiniz.
ƏKIZLƏR
Yaxın ətrafınızdakıların xətrinə dəyməyin. Başladığınız işi bitirin. Axşamüstü qəfil xəbər və ya çoxdan yığılıb qalan gərginlik əhvalınızı dəyişəcək. bu gün yola çıxmyın. Axşam saatlarını evdə keçirin.
XƏRÇƏNG
Səbirli olun, baş verənləri diqqətlə müşahidə edin. Bu gün tez qərar qəbul edəcəksiniz. Qurduğunuz əlaqələrə nəzər yetirin, bəzilərində dəyişiklik labüddür
ŞIR
Problemləri həll edin. Bu gün alacağınız xəbər və ya təklifləri təhlil edin. Təklifləri dəyərləndirərkən reallıqla hesablaşın. Gəlirinizi artırmağa çalışın.
QIZ
Sayıq olun, artıq problem yaratmayın. Qərar çıxararkən tələsməyin. Günün ikinci yarısı və axşam saatları sürprizlər vəd edir. Təklif və ya xəbər olarsa, durum çətinləşə bilər.
TƏRƏZI
Hansısa mövzuda həmkarınız və ya şərikiniz sizə təzyiq, yaxud da təsir etməyə çalışacaq. Yaxşı olar ki, bu gün heç nə vəd etməyəsiniz. Iş yerində nizam-intizama riaət edin.
ƏQRƏB
Axşam saatlarında mütləq istirahət üçün vaxt tapın. Gün boyu fəal çalışmağınız bunu tələb edəcək. Məlumat axtarışında fayda olacaq.
OXATAN
Gərgin gündür. Sizdən işlərin dərhal yerinə yetirilməsini tələb edəcəklər. Bu səbəbdən də planlarınız dəyişə bilər.
Evdə sizi sürpriz gözləyir. Gecə saatlarında yola çıxmayın.
OĞLAQ
Tələsməyin, yaşananlardan fayda əldə etməyə cəhd göstərin. Şəxsi maraqlarınız əhvalınızı pozmamağa imkan verəcək. Planlarınızı gerçəkləşdirmək üçün axşam saatlarından faydalanın.
DOLÇA
Borcları qaytarın. Günün ikinci yarısında yeni xəbər eşidəcəksiniz. Ailədə, evdə yeniliklər ola bilər. Yaxınlarınıza diqqət və qayğı göstərin. Dincəlmək üçün də zaman ayırın.
BALIQLAR
Şəxsi münasibətlərdə arzuolunmaz seçim qarşısında qalacaqsınız. Tələsməyin, qəti addım atmazdan əvvəl nəticələr barədə düşünün. Maliyyə və ya vaxt çatışmazlığından yarımçıq qalmış işləri tamamlasanız faydasını görərsiniz.