Avropa Şurasından Bakıya insan haqları tələbi

Nils Muyjnieks: “Azərbaycanda artan repressiyalar və insan hüquqlarının məhdudlaşdırılması narahat edir”

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində Avropa standartlarına əməl etməyə çağırıb. N.Muyjnieks öz bəyanatında qeyd edib ki, rəsmi Bakının insah hüquq və azadlıqlarının təminatı üzrə vədlərdən real tədbirlərə keçməyin vaxtı çatıb. Məlumatı “Amerikanın səsi” yayıb.

Komissarın sözlərinə görə, sonuncu dəfə – ötən ilin noyabrında Azərbaycana səfər etdiyi vaxtdan ölkədə söz azadlğını təminatı baxımından irəliləyiş baş verməyib. “Məni bu ölkədə artan repressiyalar və insan hüquqlarının məhdudlaşdırılması narahat edir”, – N.Muyjnieks Azərbaycanda vəziyyətlə bağlı yazılı bəyanatında bildirib. “Görünür, hökumət vətəndaş cəmiyyətini susdurmağa cəhd göstərir və istənilən müstəqil  fikirləri boğmağa  çalışır”, – sənəddə vurğulanır (conrtact.az).