Bugünlər bizdə rejimlə bağlı Xalqın özünə inamını artıran ardıcıl görsənişlər baş verməkdədir. Quba, “Binə”, Ismayıllı olayları, gənclərin iki aksiyası (“Əsgər ölümünə son!”) hakimiyəti sözün gerçək anlamında aqoniyaya gətirb çıxarıb. Başlarını necə itiriblərsə baş-ayaq vurur, nə dediklərini özləri də anlamırlar.
I.Əliyevlə R.Mehdiyev başda olmaqla rejim adamlarının milyardlara yiyələndiyini görüb bunları yıxmağın çox çətin olduğunu düşünürdük. Ancaq, sən demə, bunları 2 milyona yıxmaq olarmış. 2 milyon manat Pul+Sosial Şəbəkə = Uğur! Bu, yumor deyil, açıq gerçəklik görsənişidir. Bunu onların televiziyalarından, qəzetlərindən, “parlament”, administrasiya çıxışlarından görmək olar. Baxın: bir yandan Avropanı, Amerikanı söyüb-batırır, o biri yandan hər ikisinə Səməd Seyidov başçılığında elçiliklər göndərib alverdə, yalvarışda bulunurlar. Bir yandan bizi hansısa “xarici qüvvələrə” işləməkdə suçalır, o biri yandan “xarici qüvvələri” özlərinə arxa etmək, satın almaq üçün milyonlardan keçirlər. Bəlli olduğu kimi, təkcə ABŞ da I.Əliyev Xalqımızın milyonlarla pulunu batırıb – ABŞ-ın dövlət siyasətini satınalma istəkləri boşa çıxıb! 20 ildən bəri Xalqı soymaqla ölkədən milyardlar çıxarıblar, Xalqı əzə-əzə milyonlar verib hakimiyətdə qalıblar, indi Xalqın da bunlardan üzü dönüb, illərlə pul, neft-qaz verdiklərinin də.
Öz nazirlərini (Ə.Insanov, F.Əliyev) Rusiyanın KQB generallarına (Ruşaylo, Lebedev) tutduran, bütün seçkiləri adı çəkilən generalların yardımı ilə legitimləşdirən rejim başçıları Xalqa qayğıdan danışmağa başlayıblar. 40 ildən bəri Azərbaycanda ANTIMILLI siyasətlərin başında duran IKINCI adam, administrator-akademik bugünlərdə yayılmış çıxışında özlərini Xalqa sırımaq baxımından necə böyük yalanlar danışıb! Onlardan bir neçəsinin üstündə ayrıca dyanmaq gərəkir. Rejimin gənclər siyasəti: bu siyasət sağlamlıq, təhsil sistemi, ordu içində olmaqla, Azərbaycan gəncliyinə qarşı gerçək SOYQIRIM siyasətidir. Ölkənini hər yerində, eləcə də Bakıda minlərlə gənc yoxsulluq üzündən evlənə bilmir. Bakı hakimiyət adamlarının bütünlüklə sarıldığı rüşvət-korrupsiya axarında göydələnlərə bürünüb. Onların bir çoxu I.Əliyevlə R.Mehdiyevindir. Xalqı, Ölkəni soymaq yolu ilə tikilən o binaların bir neçəsini gənclərə bağışlamaq olmazdımı? Bağışlamaq cəhənnəmə, geniş, gerçək iş yerləri açmaqla, aşağı faizli kreditlərlə gənclərin ev+lənmək sorununu aradan qaldırmaq olmazdımı? Olardı, ancaq ANTIMILLI siyasətlər olmayan yerdə!
R.Mehdiyev “cənab prezidentin insan kapitalına xüsusi önəm verməsindən” danışır. Rüşvət-korrupsiya ideoloqu olaraq tanınan bu adam 40 ildir Xalqa bu sayaq yeri olmayan yalanlar söyləyir. Bir çoxlarının yaşayış-dolanışıq qaynağını əlindən alıb çöllərə salan adam! Universitetini ələ keçirsin deyə, E.Abdullayevi soyub ölkədən qaçaq salan adam! Qardaşı oğurlanmış (MTN mayoru) kimsə buna 147, prezidentinə 230 məktub yazıb – hələ də cavab gözləyə-gözləyə qalıb. Belə INSAN KAPITALI olmur, bu sayaq görsənişləri yalnız TÜPÜRCƏK KAPITALI saymaq olar!
R.Mehdiyevin ideoloqlarından olduğu Sovet dönəmində fermalarda heyvanlar üçün yem rasionu vardı. Törədici (nəsil artıran) buğalar üçün 13 yem vahidi; ətlik-südlük inəklər üçün 13 y.v.; 6 aylığadək danalar üçün 4 y.v.; çıxdaş edilmişlər üçün “saxlayıcı” adlandırılan 2 y.v. Sonuncu, heyvanlara ölməmək üçün verilən son kateqoriya yem vahidi idi. Ölkədə yaşayış minimumu 116 manat ikən minimum pensiya 93,5, maksimum 150 manatdır. Müəllimin aylığı 300, həkimin aylığı 150-200 manatdır. Yemək, geyim, dərman, komunal çıxarlar… baxın: bu, Sovet fermalarındakı SAXLAYICI 2 yem vahidi də demək deyil. Azərbaycan kimi yaranışından varlı ölkədə bu sayaq INSAN KAPITALI yaratmağın bir adı var: FAŞIZM!!!

Danadan daha dəyərsiz Azərbaycan adamı
•