Nazirlər iddialarını geri götürdülər

Daxili işlər naziri Ramil Usubov və fəövqəladə hallar naziri Kəmaləddin Heydərovun iddiaları üzrə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı məhkəmənin hazırlıq iclası bu gün Yasamal rayon məhkəməsində davam edib.

Saat 12.30-da Usubovun, 13.30-da isə Heydərovun iddiası üzrə məhkəmə prosesi işə başlayıb. Hər iki prosesdə iddiaçı tərəflərin vəkili Əlirza Əbilov məlumat verib ki, iddiaya səbəb olan məqalə ilə bağlı qəzetin təkzib verdiyini, eləcə də Mətbuat Şurasının nazirlərə müraciətini nəzərə alaraq iddiaları geri götürürlər. Vəkil hakimdən bununla bağlı qərar çıxarmasını xahiş edib.