“Azadlıq” qəzetinin reportyoru hazırda Fransada siyasi muhacir həyatı yaşayan Aqil Xəlilin bıçaqlanması olayında Milli Təhlükəsizlik Nazirliyinin sifarişini icra edən cinsi azlıq Sergey Strekalinlə bağlı yeni məlumat əldə etmişik. “Azadlıq”-a daxil olan məlumata görə, MTN-in sifarişini icra etmiş Sergey Strekalin hazırda Hollandiyadadır. O, Hollandiya hökumətindən siyasi sığınacaq tələb edib. Maraqlı burasındadır ki, Hollandiya hökuməti də tezləşdirilmiş qaydada Sergey Strekalinin işinə baxaraq ona müsbət cavab verib. Sergey Strekalin siyasi sığınacaq statusu alıb və hazırda müvəqqəti qaçqın düşərgəsində məskunlaşıb.
MTN agenti Hollandiyadan sığınacaq aldı
•
•


