İcra başçısının qohumu həbs edildi

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun daha bir yaxın qohumu həbs edilib. Rayondakı mənbələrdən Moderator.az-a daxil olan xəbərdə deyilir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi icra başçısının qudasının oğlu Fexri İsmayılovu korrupsiya ittihamı ilə həbs edib. Fikrət İsmayılov rayondakı liseyin direktorudur. Qeyd edək ki, hələ bir neçə gün əvvəl icra başçısının yaxın qohumlarından biri olan Vəliyev Vüqar Tarix oğlu da rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dəstənin üzvü kimi həbs edilib.