abs-azerbaycan2

Hakimiyyətin seçki təlaşı

abs-azerbaycan2Qərbə qarşı hücumun arxasında nələr durur?

Azərbaycan hakimiyyəti anti-Qərb kampaniyasını davam etdirir. “Azadlıq”a daxil olan məlumatlara görə, bu kampaniyanın kökündə Ilham Əliyevin 3-cü müddətə prezidentliyinin qəbul etdirilməsi dayanır. Məsələ burasındadır ki, hələ konstutisiyaya bir şəxsin iki dəfədən artıq prezident olmasına qoyulan məhdudiyyət aradan qaldırılanda Qərb buna mənfi reaksiya vermişdi.
2013-cü il prezident seçkisi yaxınlaşdıqca Qərb Ilham Əliyevin növbəti dəfə prezidentliyinə qarşı olduğunu daha açıq şəkildə bəyan etməyə başlayıb. Bununla belə Qərb anlayır ki, prezident seçkisinə az müddət qalmış vaxtda yenidən konstitusiyaya dəyişiklik etmək mümkün deyil. Hakimiyyət isə Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməkdə israrlı görünür. Bu halda da Qərb hakimiyyət qarşısında qəti şəkildə şəffaf seçki tələbini qoyub. Hakimiyyət anlayır ki, şəffaf seçki Əliyev iqtidarının iflası deməkdir. Ona görə də Qərbi bu tələbindən çəkindirmək üçün hücuma başlayıb. Əgər hakimiyyət Ilham Əliyevin 3-cü müddətə prezidentliyinə Qərbi razı salmaq üçün hətta Rusiya və Iranla münasibətləri pozmuşdusa, indi bu hücumların fonunda yenidən sükanı geri döndərir.

İnformasiya şöbəsi