“Qalatasaray” 1/4-də

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində Türkiyənin “Qalatasaray” klubu səfərdə Almaniyanın “Şalke” komandası ilə qarşılaşıb. Bu komandalar arasında Türkiyədə keçirilən oyun 1:1 hesablı heç-heçə ilə bitmişdi.

“Qalatasaray” səfərdə inamlı oyun göstərib və 3:2 hesabı ilə qalib gəlib. Bu hesab “sarı-qırmızılı” klubu Avropanın ən nüfuzlu klub çempionatının ¼ final mərhələsinə çıxarıb.