“Barselona”dan möhtəşəm qələbə (video)

Çempionlar liqasının 1/8 mərhələsinin təkrar oyunları çərçivəsində Barselona öz meydanında «Milan»ı 4-0 hesabı ilə məğlub etdi. Hesabı oyunun 5-ci dəqiqəsində açan «Barsa»nın argentinalı ulduzu Leonel Messi 40-cı dəqiqədə dublə imza atdı. Birinci hissə bu hesabla başa çatdı. İkinci hissənin 55-ci dəqiqəsində David Vilya hesabı 3-0 çatdırdı. Oyunun əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə   Xordi Alba yekun nəticəni müəyyənləşdirdi. Son oyunlarda qeyri-stabil oyun göstərən «Barsa» bununla da tənqidçilərinə layiqli cavab verdi. 

Xatırladaq ki, «San-Siro»da keçirilən ilk oyunda «Milan» «Barsa»nın qapısından iki cavabsız qol keçirmişdi.

Fizzə