Dünyanın ən bahalı 5 restoranının siyahısı tərtib edilib.
5-ci yerdə Kaliforniya ştatının Yantvil şəhərində yerləşən fransız mətbəxi restoranı French Laundry-dir. Bu restoranda yeməklə çox kiçik porsiyalarla təqdim edilir. Deyilənlərə görə, dəniz ilbizindən hazırlanan ən yaxşı yeməklər burada verilir. Bu restoranda nahar etmək istəyənlər iki ay əvvəldən növbə tutmalıdır. Şam yeməyinin orta qiyməti isə 270 dollardır.
Maldiv adalarında 5 metr suyun altında yerləşən Ithaa (Ithaa Undersea restaurant) restoranı reytinqdə 4-cü yerdədir. Restoranın üstü şüşə ilə örtülüb. Cəmi 14 yerlik restoranda nahar etmək istəyənlər ən azı iki həftə əvvəl yer sifariş verməlidir. 12 yaşına qədər uşaqların buraxılmadığı restoranda şam yeməyinin orta qiyməti 300 dollardır.
Romanın yaxınlığında yerləşən Solo per due dünyanın ən kiçik restoranı hesab edilir. Yalnız iki nəfər üçün nəzərdə tutulan restoranı həm də dünyanın ən romantik restoranıdır. Reytinqdə üçüncü yerdə qərarlaşan və italyan mətbəxinin təqdim edildiyi restoranda şam yeməyinin orta qiyməti 318 dollardır.
Tokiodakı Aragawa restoranı dünyada öz steykləri ilə məşhurdur. Reytinqdə 2-ci yerdə olan restoranda cəmi 6 yer, menyuda isə 10 cür yemək var. Aragawa-da yalnız yerli Kaqiu cinsli inəklərin əti istifadə edilir. Bu inəklər xüsusi otla yemlənir, masaj edilir və qədim texnologiya ilə kəsilir. Bu inəklərin ətinin 200 qramının qiyməti 100 dollardır. Bu ətə duz və istiotdan başqa heç bir ədviyyat qatılmır. Burada bir pors yemək 368 dollardır.
Reytinqdə 1-ci yerdə isə Nyu-Yorkdakı Masa restoranıdır. Time Warner ticarət mərkəzində yerləşən restoranda bütün qonaqları baş aşpaz şəxsən qarşılayır. Restoranda eyni vaxtda 26 adam nahar edə bilər. Bütün yeməklər üçün dəniz məhsulları birbaşa Yaponiyadan gətirilir. Bu restoranda nahar etmək istəyənlər üç həftə əvvəldən masa sifariş etməlidir. Şam yeməyinin qiyməti isə 450 dollardır.