Bir neçə gün öncə AXCP Gənclər Komitəsi fəalı Əkrəm Babayevə Bakı Şəhər Baş Polis İdarəsindən zəng gəlib. Cəbhəçi gəncin redaksiyamıza verdiyi məlumata görə onu “Əsgər ölümlərinə son” aksiyası ilə bağlı “Növbəti qurban sənsən” adlı videonu hazırlayıb sosial şəbəkələrdə yaydığına və aksiya ilə bağlı çağırışlar etdiyinə görə təhdid edirlər.
Ona deyilib ki, “Facebook” səhifəni izləyirik, “Əsgər ölümlərinə son” aksiyasına çağırışlar edirsən. Əgər aksiyada iştirak etsən sənə 1 il iş düşür. Babayevin etirazından sonra geri çəkilən polis əməkdaşı sadəcə ona xəvərdarlıq etdiyini, tələbə olduğu üçün guya onun yaxşılığını düşündüyünü deyib.
Bəyim