Leyla Yunus: “5 nəfəri buraxırlar, 10 nəfəri tuturlar”
Azərbaycanda Novruz bayramı ərəfəsində növbəti əfv ərizəsi imzalanacağı gözlənilir. Bu barədə APA-ya millət vəkili Çingiz Qənizadə məlumat verib. Onun sözlərinə görə, artıq əfv haqqında əsasnamənin tələblərinə uyğun gələn məhkumların sənədləri toplanılır. “Ehtimal etmək olar ki, yaxın vaxtlarda bu baş verəcək. Biz təbii ki, hüquq müdafiəçisi olaraq, həmişə əhv fərmanının verilməsinin arzusunda olmuşuq. Azərbaycan Prezidentinin bu addımlarını yüksək dəyərləndirmişik və ümid edirəm ki, cənab Prezident Novruz bayramı öncəsi də belə bir humanist addım atacaq, bu dəfə də yüzlərlə insanı sevindirəcək.”
Komissiyaya daxil olan ərizələrin çox olduğunu bildirən millət vəkili qeyd edib ki, ərizələrin əksəriyyəti əfv haqqında əsasnamənin tələblərinə uyğun gəlmir.
Maraqlı olan budur ki, əfv fərmanına hüquq müdafiəçilərinin siyahısında olan siyasi məhbusların adı düşəcəkmi.?
Sülh və Demokratiya Institutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusdan bu əfv fərmanından nə gözlədiyi soruşduq. Hüquq müdafiəçisi deyir ki, o heç də optimist deyil. “Belə fərmanlardan heç nə gözləmirəm. Mən falçı deyiləm ki, bilim kimlərin adı düşəcək bu fərmana. Ancaq neçə ildir görürük ki, 5 nəfəri buraxırlar 10 nəfəri qazamata göndərirlər. Həmişə də həbs müddətinin bitməyinə çox az vaxt qalmış adamları buraxırlar. Ona görə də mən optimist deyiləm. Çox şey gözləmirəm.
Bəyim