Keçmiş deputatdan nazirə tikanlı sözlər

“Yəqin müğənnilərin saçyoldusunu yoluna qoyduqdan sonra bizə də növbə çatacaq”

Bir neçə gün öncə iqtisadçı ekspert, keçmiş millət vəkili Nazim Məmmədov daxili işlər naziri Ramil Usubova müraciət edərək ona məxsus müəssisəyə “Baku Steel Company” tərəfindən edilən hücumun araşdırılmasını, bununla da həmin “obyekt”lərin işləməsi üçün bütün əngəllərin aradan qaldırımasını tələb etmiş, problemi olduğu kimi çatdırmaq üçün şəxsən nazirlə görüşmək arzusunda olduğunu bildirmişdi. Üstündən xeyli vaxt keçsə də bu görüş rellaşmayıb. “Moderator.az” saytı Nazim Məmmədovdan bunun səbəbini soruşub.
N.Məmmədov bildirib ki, onunla görüş vaxtı da təyin edilmişdi, ancaq ondan asılı olmayan səbəbdən nazirlik rəhbərliyiylə təmas qurmaq mümkün olmayıb: “Mən nazirdən görüş istəmişdim və vaxt da təyin edilmişdi. Baş Mütəşəkkiil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbərlərindən birinin qəbuluna dəvət edildim, ancaq onlara bildirdim ki, bu sizlik məsələ deyil. Həmin görüşün səhərisi gün məhşur müğənnilərin saçyoldusuna çıxdıqlarının hətta Daxilıi İşlər Nazirliyi səviyyəsində müzakirə predmetinə çevrildiyini eşitdim. Onda belə qənatə gəldim ki, yəqin müğənnilərdən qurtrandan sonra bizim də işlərimizlə məşğul olmağa vaxt tapacaqlar. Düşünürəm ki, metal qoçularından ibarət mütəşəkkil cinayətkar dəstə tərəfindən ötən ildən bəri bizə və bizim kimi qanuni fəaliyyət göstərən bir neçə müəssisəyə olan hücumların, basqınların araşdırılmasına müğənnilərin saçyoldusuna aydınlıq gətirildikdən sonra növbə çatacaq”.